19.06.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün mediaya açıqlamasında ölkədə son bir sutka ərzində koronavirus qurbanlarının son statistikasını yayıb.
O bildirib ki, İranda son 24 saat ərzində daha 120 nəfər koronavirusdan həyatını itirib, 2615 nəfər isə pandemiya yoluxucu xəstəliyinə tutulub: “Bununla da bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 9 min 392 nəfərə, xəstəliyə yoluxanların sayı isə 200 min 262 nəfərə yüksəlib.
Ötən bir gün ərzində həmçinin xəstəlikdən sağalıb evə buraxılanların da sayı artaraq, 159 min 192 nəfərə çatıb.
Hazırda isə, pandemiya xəstəliyinə yoluxan və ölkənin xüsusi rejimli müxtəlif xəstəxanalarında müalcə alan 2833 nəfərin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari əlavə edib.
Sima Sadat Lari, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 9392 nəfərə, yoluxanların sayının isə 200262 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 54 min 500 nəfəri keçdiyini, 1 milyon 400 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |