Şrift:
Bişkekin meri koronavirusa yoluxub
20.06.2020 [11:24] - Xəbərlər, Sağlıq
Bişkek şəhərinin meri Aziz Surakmatov koronavirusa yoluxub.

Bu barədə merin müşaviri Qulya Almanbetova məlumat verib. O deyib ki, hazırda mer özünütəcrid rejimində, həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, son günlər Qırğızıstanda virusa yoluxma halı nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, son 24 saat ərzində ölkədə bu virusa 192 nəfər yoluxub və ümumi yoluxanların sayı 2981-ə çatıb.

Yaranmış çətin vəziyyətlə əlaqədar Qırğızıstanın Baş Naziri Kubatbek Boronov Respublika Operativ Qərargahının iclasını keçirib.
Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed