20.06.2020 [12:08] - Xəbərlər, Sağlıq
Hindistanda son sutka ərzində 14 min 721 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 366 nəfər isə həyatını itirib.
Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, iyunun 19-da ölkədə koronavirusa yoluxanların sayı 13 min 827 nəfər, ölənlərin sayı isə 342 nəfər təşkil etmişdi.
Hazırda Hindistan yoluxma hallarının sayına görə dünyada dördüncü yerdə qərarlaşıb. Koronavirus infeksiyasından ən çox ölkənin mərkəzində yerləşən Maharaştra ştatı zərər görüb. Burada 124 min 331 nəfər xəstə qeydə alınıb. Tamilnad ştatında 54 min 449, paytaxt Dehli dairəsində isə 53 min 116 nəfər COVID-19 xəstəliyinə yoluxub.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Saytın Bakı vaxtı ilə bu gün saat 11:30-a olan məlumatına əsasən, dünyada 8 milyon 766 mindən çox yoluxma və 462 min 706 ölüm faktı qeydə alınıb, 4 milyon 628 min 625 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Hindistanda koronavirusa yoluxanların sayı 396 min 182 nəfərə çatıb, 12 min 970 nəfər isə xəstəlik səbəbindən vəfat edib. Hazırda müalicə alan 169 min xəstədən 8 min 944-nün vəziyyəti ağır qiymətləndirilir.

Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |