21.06.2020 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Təcili Tibbi Yardım idarəsinin sözçüsü Vəhid Şadiniya mediaya açıqlamasında bildirib ki, hadisə iyunun 17-si, yerli vaxtla axşam 18:18 radələrində Heris-Vərziqan magistral yolunda baş verib: “Yüksək sürətlə hərəkətdə olan mikroavtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılardan 9-u Sina, 10-u isə İmam Əli və İmam Rza xəstəxanalarına yerləşdiriliblər. Yaralıların isə hamısı 30-55 yaş arasında olan kişilərdir. Hadisənin səbəbləri araşdırılır” - deyə, Şərqi Azərbaycan Təcili Tibbi Yardım idarəsinin sözçüsü Vəhid Şadiniya əlavə edib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28000 nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.

Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |