Şrift:
Güclü külək Tovuz və Qazax rayonlarında ağacları elektrik xətlərinin üzərinə aşırıb
21.06.2020 [12:27] - Gündəm, Hadisə
“Azərişıq” ASC ötən gecədən müşahidə edilən güclü küləyin fəsadları ilə bağlı məlumat yayıb.

ASC-dən daxil olan məlumatda qeyd edilib ki, ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax rayonlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub. Nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.

Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin (RETSİ) qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir-bərpa işləri həyata keçiriblər. Bir neçə ünvanda xəttin üzərinə aşan ağaclar kabelləri zədələyib, dayaqları yararsız hala salıb. Qəza baş verən ərazilərə əlavə material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.

“Azərişıq” ASC abonentlərdən baş verən qəza və açılmalarla bağlı dərhal ASC-nin 199 saylı Çağrı mərkəzinə məlumat vermələrini xahiş edir.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed