22.06.2020 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Brenda Shaffer öz Twitter səhifəsində belə yazıb: “İranın xarici siyasəti həqiqətən də İslami həmrəylik prinsipinə əsaslanırsa Tehran 800 min şiə müsəlmanı evlərindən didərgin salan Ermənistanla necə dost münasibəti qura bilər? Yüz və ya min il əvvəl deyil, 30 il əvvəl.”
Xatırladaq ki, Qarabağ müharibəsi zamanı İran Ermənistana kömək edən başlıca ölkələrdən olub. Hazırda da Ermənistanın ən böyük iqtisadi tərəfdaşlarından biri İrandır. Rəsmi Tehran İrəvan üçün nicat qapısı hesab edilir.
Keçən il İran Məclisinin millət vəkili Əli Mütəhhəri ölkəsinin Qarabağ müharibəsi zamanı Ermənistanın tərəfini tutduğunu etiraf etmişdi.
Keçmiş deputat İranın Kəşmir məsələsi ilə bağlı mövqeyi mövzusunda yazdığı və yerli media orqanlarında dərc edilən qeydində “Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik,”deyə yazmışdı.
Qeyd edək ki, Brenda Shaffer beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Onun ən məşhur əsərlərindən biri “Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin sorunu” kitabıdır. İllər öncə fars dilinə tərcümə edilən əsərin bütün nüsxələri qısa müddətdə satılıb, kitab oxucuların böyük rəğbətini qazanıb.
Alim Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidentidir. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib.

Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |