23.10.2012 [15:50] - Borçalı
Tamir Süleymanov: «Hər seçkidə partiyalar tərəfindən vədlər verilib, amma heç birinə əməl olunmayıb»
«Ermənilər özlərinə ikinci, bəlkə də üçüncü dövlət qurmaq istəyirlər, amma bu gün əldə etdikləri dövləti itirmək üzrədirlər»
Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli rəsmi Bakı tərəfindən daim diqqət mərkəzində olsa da, onların həlli istiqamətində müəyyən addımlar atılsa da istənilən nəticə hələ də əldə olunmayıb. Gürcüstanda keçirilən hər seçkidən sonra isə oradakı soydaşlarımızda bu problemlərin tezliklə həll olunacağı ümidi yaranır. Problemlər isə nəinki həllini tapır, əksinə bir qədər də artır. Gürcüstan Azərbaycanlıları Milli Asambleyasının (GAMA) sədri Tamir Süleymanovla müsahibəmizi bu istiqamətdə qurduq. Elə ilk sualımız bu problemlərdən başladı.
- Təbii ki, təhsillə bağlı çox ciddi problemlər var. Orta məktəbi bitirdikdən sonra yerli ali məktəblərdə gürcücə imtahan vermək problemi yaşanır. Gürcü dilini bilməyən gənclər qonşu ölkələrə üz tuturlar. Azərbaycanda və ya Türkiyədə təhsil almağa üstünlük verilir. Bu da Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrasyasına maneələr yaradır. Xarici ölkələrdə təhsil almaq imkanı olmayan gənclərsə orta təhsillə kifayətlənməli olurlar. Eyni zamanda xaricdə təhsil alan gənclər geriyə qaydarkən ixtisasları üzrə işə qəbul məsələsində problemləri yaşayırlar. Təbii ki, bunun da arxasında yenə gürcü dilini bilməmək durur. Bölgədə idman klublarının, kitabxanaların, kinoteatrların, məşğulluq mərkəzlərnin olmaması gənclər üçün çox ciddi problemlərdən biridir. Bu problemlərin həlli ilə bağlı dövlət və ya Gürcüstanın Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, İdman və Gənclər Nazirliyi tərəfindən bu günə qədər heç bir iş görülməyib. Biz gənclər təşkilatları olaraq bu cür problemlərin aradan qaldırılması üçün bir sıra addımlar atmağa çalışırıq.
- «Gürcü arzusu» koalisiyasının qələbəsindən soydaşlarımız nə gözləyirlər?
- Seçki öncəsi və seçkidən beş-altı gün sonra verilən bu cür vədlərə Borçalı türkləri artıq alışıb. Hər seçkidə partiyalar tərəfindən bu cür vədlər verilib, amma seçildikdən sonra heç birinə əməl olunmayıb. Mixail Saakaşvlinin qızılgül inqilabı Borçalının Bolnisi rayonundan başlayıb. Vahid Milli Hərakat partiyasının lideri Mixail Saakaşvili seçkiqabağı da bu cür böyük vədlər vermişdi. Amma seçildikdən sonra əks proses baş verdi. Borçalı türklərinə qarşı diskiriminasiya siyasəti başlandı. Məktəblərimiz bağlanıb, müəllimlərmiz ixtisara düşüb işdən çıxarıldı. Torpaqlarımız qanunsuz yollarla soydaşlarmızın əlindən alındı, kənd adlarımız dəyişdirilib gürcüləşdirildi. Borçalı türkləri yaşayan bölgədə məktəblərin gürcü dilinə keçməsi ideyası ortaya atıldı, bəzi yerlərdə buna nail olsalar da, tərəfimizdən prosesin qarşısı alındı. Azərbaycanlılara vədlər verməklə hakimiyyətə gələn Mixail Saakaşvili vədlərinə bu cür əməl etdi. İndi hakimiyyətə gələn «Gürcü arzusu» koalisiyasının lideri Bidzina İvanişvilinin belə böyük vədlər vərməsi ictimaiyyət arasında o qədər də inam yaratmır. Təbii ki, Bidzina İvanaşvili özü iqtisadçıdır və bu məsələlərdə daha aktivlik edə bilər. Borçalı türkləri də ondan bunu gözləyir. Seçkilər təzə keçirlib, hələ neə olacağı barədə tam proqnoz vermək doğru olmazdı, onun verdiyi vədlərə necə əməl etməsini zaman göstərəcək.
- Gürcüstandakı soydaşlarımızın sayının yetərincə olmasına baxmayaraq parlamentdə və icra orqanlarında müvafiq təmsil oluna bilməmələrinin səbəbi nədir?
- Bildiyniz kimi Sovet İttifaqının dağılması nəticəsində 1991-ci ilin 26 may tarixində Gürcüstan müstəqiliyni qazandı və Zviad Qamsaxurdiya hakimiyyətə gəldi. O gündən Borçalı türklərinə qarşı siyasət yürüdüldü və onlar öz doğma yurdlarından deportasiyaya məruz qaldı, bölgədə xalqımıza qarşı təxribatlar törədildi. Zviad Qamsaxurdiyanın hakimiyyəti devrildikdən sonra onun yerinə gələn Eduard Şevardnadzenin partiyası dövründə parlamentdə bir neçə deputatımız olub. Uzun illər Borçalı türklərinə qarşı pisxoloji təzyiq siyasəti yürüdülərək, onların heç bir şəkildə ictimai birlik və hartiya qurmalarına imkan verilməmişdir. 2007-ci ildə ilk Gürcüstan Azərbaycanlıları Milli Assambleyası Fazil Əliyevin prezidentliyə namizədliyini sürdü. Lakin onun seçki qərargahının rəhbəri olan keçmiş GAMA prezdenti Daşqın Gülməmmədov qanunsuz şəkildə saxlanıldı və preziedentliyə namizəd Fazil Əliyevdən namizədliyinin geri götürülməsi tələb edildi. Bu Borçalı türklərinin prezident seçkilərində bu günə qədər ilk və son iştirakı olub. Amma qarşıdan gələn 2016-ci ilin seçkilərinə blok və ya partiya şəklində qatılmağı planlaşdırırıq və bununla bağlı ciddi hazırlıqlar görülür.
- Gürcüstanda azərbaycanlıların yaratdıqları QHT-lərin bir-biri ilə əlaqələri nə yerdədir? Onların birlikdə faliyyəti mümkündürmü?
- Gürcüstanda fəaliyyət göstərən QHT-lər bir neçə hissəyə bölünür, siyasi fəaliyyət göstərən QHT-lər, mədəniyyət mərkəzləri və digər ayrı-ayrı şəxslərin özəl olaraq qurduğu qrant naminə fəaliyyət göstərən QHT-lər. Siyasi fəaliyyət göstərən QHT-lərdən əsasən Gürcüstan Azərbaycanlıları Milli Assambleyası, Gürcüstan Türkləri Konfederasiyası, Borçalı Gənc Türklər İttifaqı müstəqil fəaliyyət göstərirlər. Siyasi müstəvidə fəaliyyət göstərən QHT-lər isə müxtəlif siyasi partiyalar və ya dövlət qurumlarıyla birgə işləyirlər. Təbii ki, onlar addımlarını əməkdaşlıq etdikləri partiya və ya dövlət qurumlarının maraqlarını nəzərə almaqla atırlar. Hələ 2 noyabr 2011-ci ildə 8 təşkilat tərəfindən Gürcüstan Türkləri Konfederasiyasını təsis sənədi imzalanmışdır. Bu birlik eyni zamanda regionda Qarapapaq Türklərinin qısa müddətdə təşkilatlanmasına da səbəb oldu və bu gün də Gürcüstanda yeni-yeni təşkilatlar bu birliyə qatılmaqdadır. Təbii ki, bu birliyin əleyhinə çıxan insanlar və təşkilatlar da var və onlar bəlli bir dairələr tərəfindən idarə olunurlar. Təəssüflər olsun ki, Borçalı, Ahıska, Acar türklərinin milli birliyinin təməlini atmış GTK-nin Borçalıdakı digər təşkilatlarla əleyhinə çıxırlar. Bizim qapımız hər bir təşkilata aıçıqdır, istənilən təşkilat bu birliyə qatila bilər. Onların birgə fəaliyyətinin mümkünlüynə gəlincə isə bu mümkündür, sadəcə bunu istəmək lazımdır. Biz isə demək olar ki, buna nail olmuşuq.
- Gürcüstanda yaşayan ermənilərlə azərbaycanlılar arasında münasibətlər necədir?
- Stalinin hakimiyyəti zamanı Ahıska türkləri sürgün edilib və həmin torpaqlara ermənilər köçürülüb. Bu gün də bu vəziyyət davam etməkdədir. Tarixi torpaqlarında yaşayan Borçalı türkləri isə bu vəziyyəti heç bir zaman qəbul etmir və etməyəcəkdir. O torpaqlar Ahıska türklərinin və bizim torpaqlardır və gec-tez öz torpaqlarmıza sahib cıxacağıq. Bunu ermənilərin özləri də başa düşürlər ki, onlar üçün bura müvəqqətidir. Ermənilərlə əlaqələrə gəlincə, heç bir əlaqə-filan yoxdur. Gürcüstandakı ermənilər də hər zaman separatçılığı dəstəkləyərək dövlətimizi parçalamağa çalışırlar. Üstəlik Gürcüstanın özündə separatizm mənbəyinə çevriliblər. Amma Borçalı türkləri hər zaman Gürcüstanın ərazi bütünlüyünü və milli suverenliyni dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir.
- Ermənilərin Cavaxetiya bölgəsinə iddiası azərbaycanlılar və gürcülər tərəfindən necə qarşılandı?
- Ermənilər bu kimi iddiaları ilə artıq dünyada məşhurlaşıblar. Hər bir ölkə artıq Ermənistan deyəndə işğalçı bir dövlət tanyır, erməni sözünü separatizmlə eyniləşdirirlər. Azərbaycanın torpaqlarında məskunlaşmış, nə tarixi, nə də yurdu bəlli olan ermənilər dünyaya səpələnərək hər ölkədə xəyallarla yaşayırlar. Onlar özlərinə ikinci, bəlkə də üçüncü dövlət qurmaq istəyirlər. Amma bu gün əldə etdikləri dövləti itirmək üzrədirlər. İqtisadiyyatı çökmüş Ermənistan artıq dövlət kimi ciddi resursa malik deyil, əksinə əlindəki bütün resursları Rusiya tərəfindən mənimsənilib. Xalq ölkəni tərk edir, xarici yardımlara göz dikən Ermənistan hökuməti ölkəyə biznes kimi baxır və qazandığı pullarla terrorizmi və separatçı fəaliyyətləri dəstəkləyir. Və eyni zamanda Ahıska türklərinin tarixi torpaqlarında məskunlaşdırılmış ermənilərin vasitəsilə, Cavaxetya kartını işə salaraq Gürcüstana təsir etmək istəyirlər. Təbii ki, bunu da gürcülər və Borçalı türkləri qəti şəkildə pisləyirlər.
- Gürcüstanın NATO-ya üzv olması Borçalı türkləri üçün nə dərəcədə əhəmiyyətlidir?
- Gürcüstanın MDB-dən ayrılması, Qərb yönümlü siyasət yürütməsi soydaşlarmıza təsirsiz ötüşmədi. Eyni zamanda 2008-ci ildə Abxaziya müharibəsinin başlaması ölkədə bir sıra iqtisadi problemlərə yol açdı. Borçalıda dolanışıq əsasən kənd təssərüfatı ilə bağlı olduğundan, bu, ölkədə bir sıra iqtisadi problemlərə yol açdı. Hazırda xalqımız heç bir xarici ölkəyə məhsul çıxara bilmir. Təbii ki, Abxaziya ilə Osetiya bizim üçün ayrılmaz hissədir və Rusiya öz separatçı siyasəti nəticəsində bu bölgələri əlində saxlayır. Moskva Gürcüstanın NATO-ya girməsnin bu yolla qarşısını almağa çalışır. Təbii ki, biz Borçalı türkləri olaraq Gürcüstanın NATO-ya girməsinin tərəfdarıyıq və bunun üçün də hökumət regionda öz iqtisadi siyasətni düzgün qurmalıdır.

Bu xəbər oxucular tərəfindən 1678 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |