Şrift:
Koronavirus Şərqi Azərbaycanda hər gün 5 nəfərin canını alır
22.06.2020 [14:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib. Somi keçən iki həftə ərzində Şərqi Azərbaycanda orta hesabla hər gün 5-6 nəfərin koronavirusdan öldüyünü bildirib.

Tibb universitetinin rektoru əyalətdə koronavirusa yoluxanların ümumi sayı haqda məlumat verməyib.





O əlavə edib ki, xalq arasında koronavirusun bitməsi təsəvvürünün yaranması, bunun nəticəsində sosial məsafə qaydalarına əməl edilməməsi bu xəstəliyin əyalətdə yenidən geniş yayılmasına səbəb olub.

“Keçirilən hər yas və toy mərasimindən sonra mərasimdə iştirak edənlərdən 50 nəfərində koronavirus infeksiyası aşkarlanır,” deyə o vurğulayıb.





Somi həmçinin əhalinin 50 faizindən çoxunun tibbi maskadan düzgün istifadə etmədiyini bildirib.





Sominin sözlərinə görə, ən Çox koronavirusa yoluxma halları Əhər, Binab, Marağa, Miyana, Heris, Təbriz, Şəbistər və Çaroymaq şəhərlərində qeydə alınıb. Marağa və Binab şəhərləri həmçinin son 14 gündə yoluxma sayına görə öndə olublar.





Tibb universitetinin rektoru cümə namazı mərasiminin və restoranların fəaliyyətinin dayandırılmasının koronavirus pandemiyasının kontrolu baxımından önəmli təsiri olduğunu deyib.





İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib. İyunun 19-da Təbriz şəhərinin koronavirusun yayılması səbəbindən qırmızı vəziyyətdə olmasına baxmayaraq bu şəhərdə cümə namazı keçirilib.
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed