Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsi Özbəkistanda qalan vətəndaşlarımıza yardım edib
23.06.2020 [09:40] - Gündəm, Diaspor
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Özbəkistanda qalan vətəndaşlarımıza növbəti dəfə yardım edib.

Komitənin Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə göndərdiyi 4 min 900 dollar dəyərində vəsait paytaxtın iki mehmanxanasında yaşayan 40 soydaşımıza 20 günlük mehmanxana pulu və ərzaq yardımı kimi verilib.

Mərkəzin sədri Firdovsi Hüseynov bildirib ki, bundan əvvəl də Dövlət Komitəsi Özbəkistanda qalan soydaşlarımıza yardım edib. Belə ki, birinci dəfə 50 nəfərə ümumilikdə 1000, ikinci dəfə 90 soydaşımıza 7 min 200 dollar (hər adama 80 dollar) dəyərində pul verilib.

Mehmanxanada yaşayan soydaşlarımızdan biri Umud Təhməzov yardım üçün Azərbaycan dövlətinə və Komitəyə minnətdarlıq edib. O deyib ki, bu ölkədə qalan soydaşlarımız Azərbaycanla Özbəkistan arasında uçuşların bərpa edilməsini və tezliklə vətənə qayıtmalarını arzulayırlar.
Bu xəbər oxucular tərəfindən 34582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed