23.06.2020 [09:46] - Gündəm, İdman
İyunun 22-də futbol üzrə İtaliya A Seriyasının 27-ci turuna start verilib.
“Renato Dall Ara” stadionunda baş tutan görüşdə “Bolonya” klubu turnir cədvəlinin hazırkı lideri “Yuventus”u qəbul edib. Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçda hesab birinci hissənin ortalarında açılıb. Qarşılaşmanın 23-cü dəqiqəsində Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə “Yuventus” azarkeşlərini sevindirib. Matçın 36-cı dəqiqəsində Paulo Dibala Turin klubunun hesabdakı üstünlüyünü artırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Qeyd edək ki, “Yuventus” 66 xalla A Seriyasının yarış cədvəlində birinci yerdədir. “Bolonya” isə 34 xalla 10-cu yerdə qərarlaşıb. Növbəti turda “Yuventus” öz meydanında “Leççe” ilə görüşəcək. “Bolonya” isə “Sampdoriya”nın qonağı olacaq.

Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |