Şrift:
İtaliya Ümumdünya Səhiyyə Təşkilatının yeni tövsiyələrini dəyərləndirir
23.06.2020 [09:52] - Gündəm, Sağlıq
İtaliyanın Səhiyyə Nazirliyi hökumət məsləhətçilərindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tövsiyələrini dəyərləndirməyi xahiş edib. Yeni tövsiyələrdə bildirilir ki, bədənində COVID-19 virusu aşkarlanmış şəxslər nəticələrin mənfi olmasından əvvəl də izolyasiyadan çıxa bilərlər.

Ardıcıl olaraq 10 gün təcrid olunmuş xəstələrin ən azı üç gün simptomları olmazsa onlar normal həyata qayıda bilər. Simptomları inkişaf etməyən insanlar yeni ÜST təlimatlarına uyğun olaraq ilk müsbət test nəticəsindən 10 gün sonra izolyasiyanı dayandıra bilərlər. Bunun üçün mənfi cavaba ehtiyac yoxdur.

Pandemiyanın episentrlərindən olan İtaliyada insanlar özlərini yaxşı hiss etsələr də koronavirus üçün müsbət nəticə verməkdə davam etdiyi üçün təcriddə qalırlar. Məsələn, bir qadın özünü yaxşı hiss etdiyi halda 57 gün ərzində test nəticələri 6 dəfə pozitiv olduğundan izolyasiyada qalıb. Artıq buna ehtiyac yoxdur.

Məhz yuxarıdakı səbəblərdən Səhiyyə naziri Roberto Speranza İtaliya Hökumətinin Elm və Texnologiya üzrə Məşvərət Komitəsindən ÜST-ün yeni tövsiyəsi üçün təlimatların qiymətləndirilməsini istəyib. Yeni qaydalara görə İtaliyada sağalanların uçotu başqa qaydada aparıla bilər.

ÜST-nin əvvəlki tövsiyələrində yalnız dalbadal iki dəfə mənfi nəticə göstərmiş xəstələr sağalmış hesab olunur və normal həyata qayıdırdı.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed