Şrift:
Qərbi Azərbaycanda 706 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib
23.06.2020 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 222 nəfərinin koronavirus testi pozitiv çıxıb.





“İnfeksiyaya yoluxanlardan 126 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 62-sinin vəziyyəti ağırdır, 43-ü isə ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Mühibbi əlavə edib.





Mühibbi həmçinin bildirib ki, son 24 saatda 131 nəfər koronavirus şübhəsi ilə Qərbi Azərbaycan xəstəxanalarına yerləşdirilib. Onun sözlərinə görə, ən çox yoluxma halları Urmiya, Bukan və Soyuqbulaq (Mahabad) şəhərlərində qeydə alınıb.





Zəncan əyalətində isə hazırda koronavirusa yoluxan 299 nəfər xəstəxanalarda müalicə alır. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1403 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 150 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1146 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda koronavirusa yoluxan 20 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 109 nəfər xəstəxanalarda müalicə alır, onlardan 28 nəfəri reanimasiya şöbəsindədir.





Həmədan əyalətində də səhiyyə rəsmilərinin açıqlamalarına görə, orta hesabla hər gün 30 nəfər koronavirusa yoluxur. Həmədən Tibb Universitetinin müavini Mənuçehr Kərəmi mətbuata verdiyi aşıqlamada hazırda əyalətdə koronavirusa yoluxan 390 nəfərin xəstəxanalarda müalicə aldığını bildirib.

O, əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1376 nəfərə çatdığını qeyd edib.

Kərəminin sözlərinə görə, Həmədanda koronavirusdan ölənlərin sayı 146 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed