Şrift:
Amerika: "İran koronavirusla bağlı Çinin yolun gedir"
23.06.2020 [14:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Departament bunun səbəbini İran hökumətinin öz xalqına yalan danışması və koronavirusla bağlı həqiqətləri ifşa edən jurnalistləri həbs etməsi ilə əlaqələndirib. Eyni zamanda, ABŞ-ın bir müddət əvvəl İrana koronavirusla mübarizə üçün təklif etdiyi köməyin hələ də qüvvədə olduğu vurğulanıb.


Pandemiyanın aradan qalxması üçün bütün ölkələrin şəffaflığına ehtiyac var. Lakin İran rejimi infeksiyaya yoluxanlar və ondan ölənlərin real rəqəmini gizlətmək, yalan məlumatlar yaymaq və Şəhram Səfəri kimi jurnalistləri tutmaqla, Çinin yolunu gedir", - deyə statusda yazılıb.


Qeyd etmək lazımdır ki, Şəhram Səfəri ölkədə koronavirusla bağlı həqiqətləri yaydığı üçün bir müddət əvvəl "yalan məlumatlar yaymaq", "ictimai rəyi çaşdırmaq", "xalqda ruhanilər və elmi-hövzələrə qarşı mənfi rəy oyatmaq" və "Covid-19 xəstələri ilə bağlı statistikaları yaymaq" kimi ittihamlarla həbsə məhkum edilib.


Dövlət Departamentinin statusunda həmçinin qeyd edilir ki, İran rejimi insanların koronavirusun yaratdığı təhdidi anlamaları üçün real statistikaları yaymalıdır.
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed