23.06.2020 [14:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Zəncan Yol Polisi idarəsinin rəisi polkovnik Abbas Müzəffəri mətbuata məlumat verib.
“Bu ilin ilk üç ayında (mart 21-dən iyun 21-dək) Zəncan əyalətində 51 nəfərin ölümü ilə nəticələnən yol qəzaları baş verib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım göstərir,” deyə o bildirib.
Müzəffəri əlavə edib ki, ölümlə nəticələnən yol qəzalarının 12 faizi avtomobilin aşması səbəbindən olub.
Rəsminin sözlərinə görə, əyalətdə ən çox yol qəzaları Zəncan-Qəzvin və Zəncan-Xürrəmdərə magistral yollarında qeydə alınıb.
Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |