Şrift:
İranda daha 121 nəfər koronavirusdan ölüb, 2445 nəfər xəstəliyə yoluxub
23.06.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə iyunun 23-də mediaya məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, bununla da bu günə qədər ölkədə koronavirusdan ölənlərin sayının 9863 nəfərə, pandemiya xəstəliyinə yoluxanlarfın sayının isə 209 min 970 nəfərə çatdığını deyib.



Onun dediyinə görə, son bir gün ərzində xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da 169 min 160 nəfərə yüksəlib.



Sima Sadat Lari sonda bildirib ki, pandemiya yoluxucu xəstəliyinə yoluxan və hazırda xüsusi rejimli xəstgəxanalarda müalicə alan 2846 nəfərin vəziyyəti ağırdır.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 9863 nəfərə, yoluxanların sayının isə 209 min 970 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 56000 nəfəri keçdiyini, 1 milyon 500 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed