Şrift:
Həcc ziyarətinə gedə bilməyən türkiyəli dindarların növbə hüququ qorunacaq
23.06.2020 [14:28] - Xəbərlər, İslam dini
Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən bu il müsəlmanların müqəddəs Həcc ziyarətinə gedə bilməyən türkiyəli dindarların növbə hüququ qorunacaq.

Türkiyənin Diyanət İşləri Başqanın rəsmi saytı xəbər verir ki, bu barədə qurumun rəhbəri Ali Erbaş açıqlama verib.

Türkiyədə Həcc ziyarətini Diyanət İşləri Başqanlığı tənzimləyir. Bu il üçün Türkiyəyə ayrılan zəvvar yeri 83 min 430 nəfər idi. Ölkədə ziyarətə getmək istəyənlər çox olduğu üçün dindarlar illərlə növbə gözləyirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti ilə əlaqədar qərarına əsasən bu il xarici ölkələrdən Həcc ziyarətinə zəvvar qəbul olunmayacaq. Ziyarət ancaq Səudiyyə Ərəbistanında olan yerli və əcnəbi zəvvarlar tərəfindən yerinə yetiriləcək
Bu xəbər oxucular tərəfindən 1944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed