24.10.2012 [10:44] - Gündəm, Türk dünyası-Turan
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan - Türkiyə Parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Cəfərov TÜRKPA-nın tərkibinin genişlənməsindən danışıb.
Onun sözlərinə görə, hətta Türk Muxtar Respublikalar da qurumda təmsil oluna bilər: “Türk Dövlətlərin Parlament Assambleyasına digər Türk dövlətlərinin və Rusiyanın tərkibində olan Türk muxtar respublikaların, o cümlədən qaqauzların, krım tatarlarının, uyğurların parlament təmsilçilərinin cəlb edilməsi mümkündür”.
N.Cəfərov bildirib ki, təşkilat təsis edilərkən bu məsələ də diqqət mərkəzində olub. O, həmin məsələnin təşkilatın işində yeni bir mərhələ ola biləcəyini bildirib və qeyd edib ki, ilkin mərhələ üçün təmsilçilik müstəqil dövlətlər üçün nəzərdə tutulsa da sonrakı mərhələ də diqqətdən kənarda qalmayıb: “Yəni, ilk mərhələdə təşkilatda sırf müstəqil dövlətlər təmsil olunur, sonrakı mərhələdə isə Tatarıstan, Başqırdıstan, Yakutiya və digər türkdilli respublikalar təmsil oluna bilərlər. Çünki onların da parlamentləri, qanunvericilik orqanları mövcuddur”.

Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |