Şrift:
Meksikada güclü zəlzələ baş verib
24.06.2020 [09:37] - Gündəm, Hadisə
Meksikada 7,3 bal gücündə zəlzələ baş verb

Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Oaxako ştatının Krusesita şəhərindən cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, Krusesits yaşayış məntəqəsində binanın çökməsi baş verib, nəticədə bir nəfər həlak olub, digəri yaralanıb.

ABŞ-da Sunami Təhlükəsi haqqında Milli Mərkəz zəlzələdən sonra Meksikanın, Salvadorun və Qvatemalanın qərb sahilləri üçün sunami həyəcanı barədə məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 515 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed