24.06.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 221 nəfərinin koronavirus testi pozitiv çıxıb.
“İnfeksiyaya yoluxanlardan 127 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 41-i ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə əlavə edib.
Ağazadə həmçinin bildirib ki, son 24 saatda 135 nəfər koronavirus şübhəsi ilə Qərbi Azərbaycan xəstəxanalarına yerləşdirilib. Onun sözlərinə görə, ən çox yoluxma halları Urmiya, Xoy və Qoşaçay (Miyandab) şəhərlərində qeydə alınıb.
Zəncan əyalətində isə hazırda koronavirusa yoluxan 308 nəfər xəstəxanalarda müalicə alır. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1419 nəfərə çatdığını bildirib.
Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 154 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1157 nəfərinin tam sağaldığını bildirib.
Güney Azərbaycanın Ərdəbil əyalətində infeksiyaya yoluxanların ümumi sayı 4 min 400 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 113 nəfər xəstəxanalarda müalicə alır.

Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |