24.10.2012 [10:59] - Güney Azərbaycan xəbərləri
“Nüvə silahı təhlükəsizliyi təmin etmədiyi kimi, siyasi güc də qazandırmır”. Bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.
O bildirib ki, nüvə silahı təhlükəsizlik və siyasi güc üçün təhdiddir: “İran nüvə və kimyəvi silahlardan istifadənin böyük bir günah olduğuna inanır. Sülh məqsədilə nüvə yanacağının istehsalını isə təbii haqq olaraq qəbul edirik. İran heç bir zaman nüvə silahı əldə etmək niyyətində olmayıb və olmayacaq. Tehran dinc məqsədlər üçün nüvə enerjisi haqqından isə qətiyyən vaz keçməyəcək”. Bu barədə “Mehr” xəbər agentliyi xəbər yayıb.
Ə.Ə.Sultaniyə əlavə edib ki, dünyada nüvə silahının qarşısının alınması istiqamətində mühüm işlər görülməyib və hələ də nüvə silahının istehsalı üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.

Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |