24.10.2012 [11:09] - Gündəm, Güney Azərbaycan xəbərləri
Beynəlxalq peyk xidməti göstərən ən böyük qurumlardan sayılan “İntelsat” şirkəti oktyabrın 22-də İran telekanallarının yayımını dayandırıb.
“Press TV” telekanalı bildirir ki, “İntelsat” şirkəti İran hökumət telekanallarını ABŞ-ın xarici maliyyələrə nəzarət bürosunun göstərişi ilə dayandırıb.
“İntelsat” şirkəti İranın ümumiliklə 8 telekanalı, o sıradan da “Səhər TV”, “Cami-cəm”, “Kövsər” və “Xəbər” şəbəkələrinin, eləcə də 6 radio şəbəkəsinin yayımını dayandırsa da, “PressTV”nin yayımına mane olmayıb.
Oktyabrın 15-də Fransanın “Eutelsat” şirkəti “Hot Bird” peyki vasitəsilə yayılan 19 İran telekanalı və radio şəbəkəsinin yayımını dayandırıb.
Yayımı dayandırılan telekanallar arasında bunlar da var: “Əl-aləm”, “Press TV”, “Səhər 1”, “Səhər 2”, “Əl-kövsər”, “Cami-cəm 1”, “Cami-cəm 2”, “Xəbər şəbəkəsi”, “Quran” şəbəkəsi”.
Bu kanalların hamısı İran Dövlət Teleradio Təşkilatına tabedir.
“Eutelsat” şirkəti öz qərarının səbəbini açıqlamasa da, bəzi şərhçilər bunu İranın Avropa və Amerikadan yayılan kanalların yayımına mane olmasına cavab addımı kimi qiymətləndirir.

Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |