Şrift:
İsrail qırıcılarının Suriyada keçirdiyi hava hücumunda 5 İran hərbçisi həlak olub
24.06.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Suriya İnsan Haqları Monitorinq Qrupunun rəhbəri Rami Əbdülrəhman jurnalistlərə açıqlamasında deyib ki, 4 İsrail qırıcısının ilk hücumu “Deyrəzzur” və “Əs-Suveyda” məntəqələrində həyata keçirilib: “İranın yarı-hərbi qüvvələrinə məxsus bir binaya hava zərbələri endirilib. İkinci hücumda isə İranın Suriyanın “Əs-Suveyda” bölgəsinə göndərdiyi silah-sursat karvanı hədəfə alınaraq məhv edilib. Hər iki hücum nəticəsində 5 İran hərbçisi öldürülüb” -deyə, Suriya İnsan Haqları Monitorinq Qrupunun rəhbəri Rami Əbdülrəhman əlavə edib.



Rami Əbdülrəhman həmçinin “Əl-Hədəs” telekanalına açıqlamasında bildirib ki, İsrail qırıcılarının ardıcıl olaraq, Suriyada İran mövqelərinə qarşı hücumları ruslarla tam koordinasiya edilib. Onun dediyinə görə, ruslarla amerikalılar Suriyada İranın hərbi varlığına son qoymaq üçün İsraillə razılığa gəliblər.



Qeyd edək ki, İsrail ordusu son aylar Suriyada Bəşər Əsəd rejiminə və "Sepah" terror təşkilatına məxsus hərbi mərkəzləri dəfələrlə bombardman edib. Hava hücumları nəticəsində "Sepah”ın və Əsəd rejiminin yüzlərlə muzdlusu həlak olub.
Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed