Şrift:
Güney Azərbaycanda baş verən iki yol qəzasında ölən və yaralananlar var
24.06.2020 [14:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, “Pejo Pars” markalı minik avtomobili Təbriz-Zəncan magistralında yoldan çıxaraq aşıb. Baş verən qəza nəticəsində 2 nəfər yaralanıb, 2 nəfər hadisə yerində dünyasını dəyişib.





İkinci yol-nəqliyyat hadisəsi Qərbi Azərbaycan əyalətində Babur-Şot yolunda baş verib. Zəncirvarı qəzada iki pikap tipli avtomobillə “Samand” markalı minik maşını toqquşub.

Hadisə nəticəsində “Peykan” markalı pikap avtomobilinin sürücüsü qəza yerində dünyasını dəyişib, müxtəlif dərəcəli bədən xəsarətləri alan 2 nəfər xəstəxanaya yerləşdirilib.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed