24.06.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanında daimi hərbi baza yaradacaq.
Bu barədə SEPAH-ın hərbi dəniz qüvvələrinin komandanı, admiral Əlirza Təngsəri məlumat verib.
O bildirib ki, Hind okeanında bəzi dövlətlərin hərbi gəmiləri və dəniz quldurları İranın balıqçı və yük gəmilərinə təhlükə törədir. Bu səbəbdən də cari ilin sonunadək hərbi dəniz qüvvələrinin iştirakı ilə Hind okeanında daimi hərbi baza yaradılacaq. Bazanın əsas məqsədi balıqçı və yük gəmilərinin təhlükəsizliyini təmin etməkdir.
Admiralın sözlərinə görə, bu məsələ İranın Ali Rəhbəri ilə müzakirə olunub və razılaşdırılıb. Ali Rəhbər də iranlı balıqçıların və bu ölkəyə məxsus digər gəmilərin təhlükəsizliyinin təmin olunmasını istəyir və bu barədə göstəriş verib.

Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |