24.10.2012 [11:52] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ prezidenti Barak Obama və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Mitt Romninin üçüncü və son debatında (Floridada, Bakı vaxtı ilə 23 oktyabr sübh saatlarında keçirilib) əsasən İran problemindən danışılıb.
Tehranın nüvə proqramından danışan Barak Obama deyib ki, nüvə silahına yiyələnməyə can atan İran ABŞ-ın ən böyük problemi sayılır: “İsrail ABŞ-ın ən böyük müttəfiqidir. Əgər İsrail hücuma məruz qalsa, ABŞ onun yanında dayanacaq. Nə qədər ki, mən prezidentəm, İran nüvə silahına yiyələnməyəcək. Mənim hökumətim İrana qarşı ən güclü sanksiyalar tətbiq edib. Həmin sanksiyalar nəticəsində hazırda İran milli valyutası 80 faiz dəyərini itirib, bu ölkənin neft istehsalı isə İran-İraq müharibəsi illərində olduğu kimi minimuma endirilib.
Barak Obamanı 2009-cu ildə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra İranda meydana çıxan “yaşıl hərəkat”a dəstək verməməkdə və bu tarixi fürsəti itirməkdə günahlandıran Mitt Romni deyib ki, prezident seçilsə, Tehrana qarşı daha dağıdıcı sanksiyalar tətbiq edəcək: “ABŞ hökuməti Tehran qarşısında zəif tərpəndiyi üçün İran prezident Barak Obama dövründə nüvə silahına daha 4 il yaxınlaşıb. Bizim əsas sualımız odur ki, İrana qarşı bu sanksiyalar niyə bu qədər gec tətbiq olunub və niyə prezident Obama bəzi məsələlərdə İsraillə əməkdaşlıq etmir. Mən ABŞ prezidenti seçilsəm, biz İsrailin yanında olacağıq. İsrail hücuma məruz qalsa, təkcə diplomatik yollarla yox, həm də hərbi baxımdan ona dəstək verəcəyik”.

Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |