Şrift:
İranın təhlükəsizlik orqanlarının təzyiqi ilə “Türk Şou” yarışmasının adı dəyişdirildi
25.06.2020 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlılar, eləcə də İranda yaşayan türklər arasında incəsənət sahəsində istedadı olan soydaşlarımızı tanıtmaq məqsədi ilə hazırlanan layihənin adı “Türk Şou”dan “Ulduzlar”a dəyişdirilib.





Müsabiqənin aparıcısı tanınmış güney azərbaycanlı aktyor “Babək Nəhreyn”dir. Yaxın günlərdə başlanılması nəzərdə tutulan yarışmada iştirakçılar müxtəlif sənət sahələrində, o cümlədən müğənnilik, Azərbaycan rəqsi, ifaçılıq sənəti, səs təqlidi, idman hərəkətləri və s. öz bacarıqlarını sərgiləyəcəklər.





Bu yarışmaya Azərbaycan türkləri ilə yanaşı Qaşqay türkləri, Xorasan türkləri, türkmənlər, Tehran türkləri və s. də qatıla bilərlər.


Qeyd edək ki, İranda müxtəlif müəssisələrin, zavodların, idman klubları və media orqanlarının “Fars” və “Pars” adlarından istifadə etdiyi halda ölkənin təhlükəsizlik təşkilatları “Türk” adının istifadə olunmasına maneçilik yaradırlar.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed