Şrift:
İranda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. 1 nəfər ölüb, 32 nəfər yaralanıb
25.06.2020 [11:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hadisə, iyunun 23-u axşam saatlarında Neyşabur-Məşhəd magistral yolunda baş verib. Yüksək sürətlə hərəkət dən sərnişin avtobusu qarşıdan gələn “Xavər” markalı yük maşınına çırpılıb və yoldan çıxaraq aşıb.


Qəza nəticəsində avtobusun 1 sərnişini yerindəcə keçinib, 23-u yaralanıb. Yaralılar hadisə yerinə gələn 6 təcili tibbi yardım maşını ilə xəstəxanalara yerləşdiriliblər. Hadisənin səbəbləri araşdırılır.


Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28000 nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed