25.06.2020 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyarı icra hakimiyyəti başçılarının və əlaqəli qurumların iyunun 25-dən etibarən tətbiq olunmağa başlayan məhdudiyyətlərin icrasına dəqiq nəzarət etmələrini tələb edib.
“Ali təhsil müəssisələri, dini mədrəsələr, tədris mərkəzləri, texniki və peşə məktəbləri, kitabxanalar, uşaq bağçaları, hovuzlar, ziyarətgahlar və məscidlər, eləcə də kafelər, çayxanalar, zooparklar və bütün istirahət mərkəzləri iki həftə qapalı olacaq,” deyə o bildirib.
Vali həmçinin bu müddətdə bütün tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinin qadağan olduğunu açıqlayıb.
Bu bir haldadır ki, Şəhriyarı mart 13 tarixində koronavirus epidemiyasının Qərbi Azərbaycanda kontrolda olduğunu iddia etmişdi.
Şəhriyari həmin məsələni əsas gətirərək Azərbaycanda tibbi imkanların azlığına baxmayaraq böyük həcmdə tibbi vəsaitin Şimali Xorasan, Mazandaran, İsfahan və Kürdistan əyalətlərinə göndərdiyini açıqlamışdı.
Xatırladaq ki, Şəhriyarı əslən Şimalı Xorasan Əyalətinin Bocnurd şəhərindəndir. Bu kürd dilli vali xüsusi siyasi məqsədlər üçün Tehran rejimi tərəfindən Qərbi Azərbaycana vali təyin edilib.

Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |