25.06.2020 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sənəddə bildirilir ki, ABŞ və müttəfiqləri maksimum təzyiq siyasəti çərçivəsində rəsmi Tehrana qarşı effektiv sanksiyalar tətbiq ediblər. Bunun nəticəsində İran Livan Hizbullahı da daxil olmaqla, dəstəklədiyi silahlı qruplaşmalar və terror təşkilatlarına maliyyə yardımı etməkdə çətinlik çəkir.
Hesabatda Qərbi Avropa və Cənubi Amerika ölkələrinin Hizbullahın bütövlükdə terror təşkilatları siyahısına salmaları da xüsusi qeyd edilir.
İran əvvəllər Hizbullah kimi terror təşkilatlarını maliyyələşdirməyə ildə 700 milyon dollardan çox vəsait xərcləyirdi. Lakin Birləşmiş Ştatların 2019-cu ildə qəbul etdiyi sanksiyalar nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə azalıb", - deyə hesabatda vurğulanır.
Dövlət Departamenti həmçinin İranı "Sepah" və "ETTELAAT" Nazirliyi vasitəsilə son illər Şimali və Cənubi Amerikada, Avropa, Yaxın Şərq, Afrika və Asiyada terror hücumları təşkil etməkdə ittiham edib.
Sənəddə İranın hələ də "Əl-Qaidə"yə bağlı qruplara ölkə ərazisində fəaliyyət göstərməyə icazə verməsi və onları pul və döyüşçü ilə təmin edərək, Əfqanıstan və Suriya kimi münaqişə ocaqlarına göndərməsi də rəsmi Tehranın terror fəaliyyətlərinin bir hissəsi kimi sadalanır.
Dövlət Departamenti sonda İranı istər birbaşa, istərsə də təmsilçi qruplaşmaları vasitəsilə Bəhreyn, Livan, İraq, Suriya və Yəmən kimi ölkələrdə münaqişələri qızışdırmaqda günahlandırıb.
Qeyd etmək lazımdır ki, 2019-cu il ərzində İranla Amerika arasındakı gərginlik pik həddə çatmışdı. 2020-ci ilin yanvar ayının ilk günlərində Qasım Süleymaninin ABŞ-ın dron hücumu nəticəsində Bağdad hava limanı yaxınlığında öldürülməsindən sonra iki ölkə arasında hərbi qarşıdurma riski daha da yüksəlmişdi.

Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |