Şrift:
“Dövlət koronavirusla mübarizədə öz üzərinə düşən hər şeyi edib” - Fərəc Quliyev
25.06.2020 [21:09] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Qaydalara əməl etməyənlər, əslində cinayət törədirlər. Onlar bilərəkdən digərlərini də bu virusa yoluxdururlar”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev deyib.

O insanları məsuliyyətli olmağa çağırıb:

"Prezidentin narahatçılığını başa düşmək olar. Hər kəs ətrafında olan insanı xəbərdar etməlidir. Bütün işi həkim və polisin üzərinə atıb, qaçdı-tutdu oynamamalıyıq. Özümüz məsuliyyətli olmalıyıq”.

O bildirib ki, qaydalara əməl etməyənlərə qarşı ciddi tədbirlər görülməlidir:

"Dövlət öz öhdəsinə düşən bütün öhdəlikləri yerinə yetirdi. Tez bir zamanda modul tipli xəstəxanaların açılması, maska zavodunun, müəyyən avadanlıqların ölkəmizə gətirilməsi, aztəminatlı ailələrə yardım edilməsi və s. Bunların hamısı yerinə yetirildi. Birmənalı olaraü deyə bilərik ki, dövlət öz üzərinə düşən hər şeyi etdi.

Fərəc Quliyev deyib ki, vətəndaşlar sosial izolyasiya qaydalarına riayət etməlidir:

"Bu işlər təkcə Səhiyyə Nazirliyinin görəcəyi iş deyil, bir az da mədəniyyət və məsuliyyət işidir. Axı hər kəsin yanına bir polis qoymaq mümkün deyil. Bütün günü həkimlər yoluxmaların sayına görə hər kəsə müraciət edir. Artıq təəssüflə bldirmək istəyirəm ki, həkimlər arasında virusa yoluxan və vəfat edənlər də var.

Əgər dövlət və onun başçısı üzərinə düşən 99% məsuliyyəti dərk edib, bunun üçün əlindən gələni edirsə, biz də vətəndaş olaraq üzərimizə düşən 1% məsuliyyəti dərk edib məsuliyyətli olmalıyıq”.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed