Şrift:
İngiltərə Premyer Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Liverpul”dan isə çempionluq
26.06.2020 [09:49] - Gündəm, İdman
İyunun 25-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turun mərkəzi qarşılaşması keçirilib.

“Stenford Bridc” stadionunda oynanılan görüşdə “Çelsi” komandası “Mançester Siti”ni qəbul edib.

Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 36-ci dəqiqədə “Çelsi” açıb. Kristian Pulişiç fərqlənib.

Birinci hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra “Mançester Siti” hesabı bərabərləşdirməyə nail olub. Kevin De Brüynenin uzaq məsafədən vurduğu cərimə zərbəsi dəqiq olub.

Matçın 77-ci dəqiqəsində “Mançester Siti” klubunun yarımmüdafiəçisi Fernandiyo cərimə meydançasında əllə oynayıb. Baş hakim Stüart Attvel mançesterlilərin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Uilyam cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını yenidən hesabda önə keçirib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Bu qələbədən sonra “Çelsi” klubu 54 xalla dördüncü yerdəki mövqeyini qoruyub saxlayıb. “Mançester Siti” 63 xalla ikinci yerdə qərarlaşıb. Həmçinin bu məğlubiyyət birinci pillədə qərarlaşan “Liverpul” klubunu vaxtından əvvəl çempion edib. Mersessayd təmsilçisinin 31 oyundan sonra aktivində 86 xalı var.
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed