26.06.2020 [09:50] - Xəbərlər, Türk dünyası-Turan
Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı özbək dilində çap olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyət İli” münasibətilə başladığı nəşr layihəsini bu il uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, nəşr filologiya elmləri doktorları Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı və Alxan Bayramoğlunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı əsəri əsasında hazırlanıb.
Kitabı Özbəkistanın Termez Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı, tərcüməçi Obidjon Şofiyev özbək dilinə çevirib.
Nəşrdə həm 1918-1920-ci illər, həm də 1980-ci ildən başlayaraq 2015-ci ilə qədər Azərbaycan ədəbiyyatında nəsr, poeziya, dramaturgiya, habelə yeni ədəbi cərəyanlar, ədəbiyyatşünaslıq məsələləri öz əksini tapıb.
2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar AMM bu layihəyə start verib və müvafiq istiqamətdə bir sıra işlər görülüb.
Kitabdan Özbəkistan universitetlərinin türkologiya kafedralarında, həmçinin dünya və qardaş xalqlar ədəbiyyatının tədrisində istifadə olunacaq. AMM kitabı Özbəkistanın aparıcı universitetlərinə və kitabxanalarına hədiyyə edəcək.

Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |