Şrift:
Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub
26.06.2020 [10:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Parsabad Şəhər Şurasının üzvü və Ərdəbil əyalətinin Əyalətlərin Ali Şurasındakı təmsilçisi Puya Mücərrəd mətbuata açıqlamasında məlumat verib.





“Ermənistandan Araz çayına axan sənaye müəssisələrinin çirkab suları Parsabad əhalisinə bəla olub,” deyən Mücərrəd əlavə edib ki, bunun nəticəsində Ərdəbil əyalətində həzm sisteminin müxtəlif orqanlarının xərçəngi birinci yeri tutur.

Onun sözlərinə görə, Parsabadda hər bir ailənin ən azından bir yaxını xərçəng və ya yol qəzası nəticəsində həyatını itirib.





“Ərdəbil xalqının Əyalətlərin Ali Şurasındakı nümayəndəsi olaraq, məsullardan insanların canı bahasına başa gələn bu iki problemin (yol qəzaları və Araz suyunun çirkləndirilməsi) həlli üçün ən qısa zamanda çarə tapmalarını xahiş edirəm,” deyə Mücərrəd əlavə edib.





Uzun illərdir Ermənistan ərazisindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed