26.06.2020 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə xəbəri "Reuters" agentliyi İran Prezident Apararatının ictimaiyyətlə əlaqələr və parlametlə iş üzrə şöbəsinin sabiq əməkdaşı Əmir Müqəddəmə istinadən yayıb.
Məlumata əsasən, həmin müəssisə boksit mədəninin yaxınlığında mövcud olan 1 zavodun yanında yerləşir. İranlı rəsmilər həmin zavodu ölkənin əsas filiz istehsal edən müəssisələrindən biri adlandırırlar.
Əmir Müqəddəm agentliyə bildirib ki, 2013-cü ildən 2018-ci ilə qədər iki dəfə sözügedən zavoda gedib. Onun sözlərinə görə, 2018-ci ildəki səfəri zamanı hələ də həmin zavodda alüminium tozunun istehsalının davam etdiyini müşahidə edib.
Sabiq rəsmi İranın qatı raket yanacağı əldə etmək üçün alüminium istehsalına 5 il əvvəl start verdiyini deyib. Son illər "Sepah"a bağlı media qurumları da, xüsusilə "Təsnim" agentliyi İranın raket yanacağı istehsal etmək üçün müəyyən addımlar atdığı barədə məlumatlar yayıblar.
"Reuters" xəbərdə qeyd edir ki, İranın alüminium tozu istehsal edən məxfi müəssisələrindən birinə dair məlumatlar əldə edə bilib. Həmin məlumatlarda İranın 2013- cü ildən 2018-ci ilə qədər alüminium tozu istehsalı ilə bağlı sənədlər və bu prosesə cəlb edilmiş şəxslərin adları var. Həmin sənədlər arasında "Sepah"ın komandanlarından birinin istehsalla bağlı dini lider Əli Xamneyiyə yazdığı məktub da var.
"Reuters" məsələ ilə əlaqəli İranın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəliyin mövqeyini öyrənib. Nümayəndəliyin sözçüsü Əlirza Miryusifi sözügedən zavod barədə onlarda məlumatın olmadığını deyib.
"Sepah", dini liderin ofisi və İranın Prezident Aparatı "Reuters"in məsələ ilə əlaqəli suallarını cavabsız qoyub.
Qeyd etmək lazımdır ki, Əmir Müqəddəm 2018-ci ildə İranı tərk edib və hazırda Fransada yaşayır. Müqəddəm ölkənin bəzi rəsmilərinin korrupsioner fəaliyyətlərini ifşa etdikdən sonra İranda ona qarşı "ictimai rəyi təşviq etmək" ittihamı ilə cinayət işinin başlandığını və buna görə ölkəni tərk etmək məcburiyyətində qaldığını deyir. O, həmçinin raket proqramını xalqın mənfəətinə uyğun hesab etmədiyini bildirir.

Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |