26.06.2020 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Anesteziologiya və reanimasiya ixtisası üzrə mütəxəssis olan doktor Əbuturabi əslən Urmiya şəhərindəndir və Xananın “İmam” xəstəxanasında çalışır.
Hadisə ilə bağlı mətbuata məlumat verən İranın Anesteziologiya və Reanimasiya Mütəxəssisləri Təşkilatının sədri Əlirza Səlimi bildirib ki, vəziyyəti ağır olan həkim hazırda evdə müalicə alır.
“Koronavirusa yoluxmuş 33 yaşlı xəstənin vəziyyəti çox ağır idi. Passiyent dünyasını dəyişdikdən sonra yaxınlarından 7 nəfər həkimə hücum edərək onu möhkəm döyüblər. Həkimin burnu və yanaq sümükləri qırılıb və gözləri ciddi zədə alıb, “ deyə Səlimi əlavə edib.
Səlimi hadisəni zəlzələ zamanı baş verən oğurluğa bənzədərək, pandemiya zamanı səhiyyə işçilərinə hücum edilməsini çirkin cinayət adlandırıb. O, günahkarların ciddi cəzalandırılmasını tələb edib.
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə azərbaycanlı həkimi döyənlərin yaxalanaraq hüquq mühafizə orqanlarına təhvil verildiklərini bildirib.

Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |