Şrift:
Hormozqan əyalətində daha 17 ölüm halı ilə koronavirusdan həyatını itirənlərin sayı 227 nəfərə çatıb
26.06.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O bildirib ki, son 24 saat ərzində Hormozqanda daha 17 ölüm halının qeydə alınması ilə pandemiya yoluxucu xəstəliyindən həyatını itirənlərin sayı 227 nəfərə yüksəlib: “Dünən xəstəlikdən ölənlərin 12-si kişi, 5-i isə qadındır. Ölənlərin ən cavanının 35, ən yaşlısının isə 89 yaşı olub.



Pandemiya qurbanlarının 12-si Bəndər Abbas, 3-ü Rudan, 1-i Bəndər Lengə, 1-i isə Parsiyan şəhərinin sakinləridi.



Hazırda “Covid-19” infeksiyasına yoluxan 511 nəfər Hormozqan əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarında müalicələrini davam etdirirlər və bu xəstələrin 71 nəfəri reanimasiya şöbələrində saxlanılırlar. Təəssüflər olsun ki, həmin xəstələrdən 32 nəfərinin vəziyyəti ağırdır.



Həmçinin Hormozqanda bu günə qədər xəstgəliklə bağlı 35 min 919 nəfərdən test nümunələri götürülüb” -deyə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan əlavə edib.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed