26.06.2020 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, İranda son 24 saat ərzində daha 109 nəfər koronavirusdan ölüb, 2628 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb: “Bununla da İranda bu günə qədər xəstəlikdən ölənlərin sayı 10 min 239 nəfərə, infeksiyaya yoluxanların sayı isə 217 min 724 nəfərə yüksəlib.
Həmçinin, ötən bir gün ərzində ölkədə xəstəlikdən sağalaraq evə buraxılanları sayı artaraq, 177 min 852 nəfərə çatıb. Təəssüflər olsun ki, koronavirus pandemiyasına yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirən 2912 nəfərin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bəyan edib.
İran Səhiyyə Nazirliyi, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 10239 nəfərə, yoluxanların sayının isə 217724 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 60 000 nəfəri keçdiyini, 1 milyon 800 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |