Şrift:
Koronavirusa yoluxan xəstələrdən 209 nəfəri reanimasiya şöbəsində müalicə olunur
29.06.2020 [09:20] - Gündəm, Sağlıq
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7106 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 468 min 967-yə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7200-ə bərabərdir. Xəstələrdən 209 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 28-də Azərbaycanda koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb, 307 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed