Şrift:
Şahmatçılarımız karantin günlərində onlayn turnirlərdə fəal iştirak edirlər
29.06.2020 [09:22] - Gündəm, İdman
Məktəbli şahmatçılar arasında onlayn formatda keçirilmiş blits turniri maraqlı mübarizə şəraitində baş tutdu. Qeyd edim ki, Fişer şahmatı üzrə turnir ölkəmizdə ilk dəfədir ki, keçirilir. Ümumiyyətlə, onlayn şahmat yarışlarının ən böyük problemi odur ki, iştirakçılar kompüterin köməyindən istifadə edərək saxtakarlığa yol verirlər. Fişer şahmatı üzrə isə bu cür hallar mümkün deyil. Turnirdə şahmatçıların öz potensiallarını üzə çıxarmaları üçün hər bir imkan yaradılmışdı.

Bu sözləri müsahibəsində iyunun 28-də Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilmiş “Cənub mirvarisi” open blits turniri ilə bağlı məktəbin məşqçi-müəllimi Hikmət Şükürov deyib.

Qeyd edib ki, yarışı təşkil etməkdə əsas məqsəd karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasıdır. H.Şükürov şahmatçıların karantin günlərində onlayn yarışlarda fəal iştirak etdiklərini də vurğulayıb: “Şahmatçılarımız karantin günlərində respublika daxilində və xaricində keçirilən onlayn turnirlərdə fəal iştirak edirlər. Sevindirici haldır ki, təmsilçilərimiz ötən aylar ərzində onlayn turnirlərdə bir sıra nailiyyətlər əldə ediblər”.

Qeyd edək ki, Fişer şahmatı üzrə turnirin qalibi Lənkəran şahmat məktəbinin yetirməsi Elnur Əliyev olub. İkinci və üçüncü yerləri Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed