Şrift:
Zəncanda koronavirusa yoluxanların sayı 10 gündə 3 dəfə artıb
29.06.2020 [09:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Zəncan Tibb universitetinin müavini Məhəmməd Rza Sayini məlumat verib. Onun sözlərinə görə, Zəncan əyalətində son 24 saatda daha 29 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayı isə 1540 nəfərə çatıb.

Zəncanda koronavirusdan ölənlərin sayı isə 173 nəfər olub.





Qərbi Azərbaycan əyalətində də hazırda 814 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 252 nəfərinin koronavirus testi pozitiv çıxıb.





“İnfeksiyaya yoluxanlardan 152 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 51 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə əlavə edib.





Ağazadə həmçinin bildirib ki, son 24 saatda 154 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib. O, Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayı haqqında məlumat verməyib.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed