Şrift:
İranda maska taxmaq iki həftə müddətinə məcburi olacaq
29.06.2020 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, iyunun 28-də Koronavirusla Mübarizə Qərargahının iclasında çıxış edən İran prezidenti Həsən Ruhani məlumat yayıb.


Ruhani deyib ki, gələn həftənin bazar günündən başlayaraq, hazırda “Covid-19” infeksiyasının geniş yayılması səbəbilə qırmızı və fövqəladə şəraitdə olan bütün şəhərlərdə insanların qapalı məkanlarda, toplantılarda və digər ictimai yerlərdə maska taxması iki həftə müddətinə məcburi olacaq.


Koronavirusla Mübarizə Qərargahının bu barədə yeni qərarını açıqlayan Ruhani qeyd edib ki, iyulun 5-dən 20-sinə qədər davam edəcək yeni qərarın müddəti, lazım gələrsə avqust ayının sonlarına qədər uzadılacak.


Qeyd edək ki, son günlər İranda koronavirusdan ölənlərin sayının yenidən artmasının ardınca hökumət rəsmiləri ölkə əhalisindən xəstəliyi ciddiyə alaraq, maska taxmasını tələb edir.


İyunun 27-də isə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi mediaya açıqlamasında insanları maska taxmağa təşviq etmək məqsədilə ölkədə “Mən maska taxıram” adlı kampaniyanın başlanacağından xəbər verib.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed