Şrift:
Şərqi Azərbaycanda təqaüdçülər yoxsulluq səviyyəsindən aşağıda yaşayır
29.06.2020 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin millət vəkillərinin iclasında danışan Sadıqzadə Təbrizi əlavə edib ki, təqaüdçülərin 85 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.





“Rəsmilər təqaüdçülərin vəziyyəti və yaşayış səviyyəsi ilə bağlı ciddi tədbir görməlidirlər. Quru sözlər və boş vədlərlə heç bir problem öz həllini tapmayacaq,” deyə o bildirib.





Hökumətin təqaüdçü ailələrin məişət problemlərinə etinasız yanaşdığını deyən Sadıqzadə Təbrizi “30 il əmək verdikdən sonra təqaüdə çıxan insanların boş süfrələrinin heç bir şəkildə ölkəyə yaraşmadığını” vurğulayıb.





"İnflyasiya səviyyəsi və mövcud iqtisadi reallıqlara əsasən işçilərin və təqaüdçülərin məişət problemləri hələ də davam etməkdədir,” deyə o bildirib.





Qeyd edək ki, 1397-ci ildə (2018-2019) şəhərlərdə yoxsulluq həddi 4 nəfərlik ailə üçün 3 milyon 400 min tümən müəyyən edilib. Bu rəqəm ölkədəki yüksək inflyasiyanı da nəzərə alanda olduqca aşağı məbləğdir. Rəsmi hesablamalara görə, yoxsulluq həddi üçün müəyyən edilən məbləğ əhalinin 55 faizinin gəlirindən daha çoxdur.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed