Şrift:
Türkiyə Superliqasının XXIX turuna yekun vurulub
30.06.2020 [09:21] - Gündəm, İdman
Futbol üzrə Türkiyə çempionatının XXIX turunun sonuncu qarşılaşmasında “Gənclərbirliyi” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Görüşdə qonaqlar iki cavabsız qolla qalib gəliblər. “Kasımpaşa”nın heyətində 17-ci dəqiqədə Benqali Fode Koyta və 90-cı dəqiqədə isə Diemerci Ndonqala fərqləniblər.

Türkiyə çempionatında hazırda “Başakşəhər” 60 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 58 xalla ikincidir. “Sivasspor” 53 xalla üçüncü, “Qalatasaray” isə 52 xalla dördüncü pillələrdə qərarlaşıb. Sonrakı yerləri “Beşiktaş” (50 xal), “Fənərbağça” (46 xal), “Alanyaspor” (45 xal) və digər komandalar tuturlar.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed