30.06.2020 [09:24] - Xəbərlər, İdman
Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu quruma üzv olan 195 ölkədən komandaların Ümumdünya Şahmat Olimpiadasında iştirakına çalışacaq.
Bu barədə TASS informasiya agentliyinə müsahibəsində FIDE-nin prezidenti Arkadi Dvorkoviç bildirib. Ali qurumun rəhbəri qeyd edib ki, koronavirus pandemiyasına görə turnir onlayn formatda keçiriləcək. O, iki-üç gündən sonra turnirə milli komandaların qeydiyyatının başlayacağını vurğulayıb. A.Dvorkoviç bu nüfuzlu yarışda 195 komandanın hamısının iştirak edib-etməyəcəyini bilmədiyini, lakin bütün yığmaların yarışa qatılması üçün səy göstərəcəklərini vurğulayıb.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada isə Batumidə təşkil olunub.

Bu xəbər oxucular tərəfindən 472 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |