27.10.2012 [12:07] - Diaspor
Bu günlərdə Fransanın Strasburq şəhərində demokratiyaya həsr olunmuş Dünya Forumu baş tutmuşdur. Forumda bir sıra yüksək səviyyəli siyasətçilər, ictimai xadimlər, Nobel mükafatçıları və mətbuat nümayəndələri iştirak ediblər. Dünya Forumunda Azərbaycanı Brüssel şəhərində təhsil alan və Belçikada Azərbaycan Cəmiyyətini təmsil edən Ülfət Hacıyev təmsil etmişdir. Dünya Forumu çərçivəsində baş tutan Dünya Gənclər Assembleyasının Demokratiya ve Qloballaşma işçi qrupunda təqdimatla çıxış edən Ülfət Hacıyev qlobal təhlükəsizliyin əhəmiyyətini vurğulayaraq, həll olunmayan münaqişələrin tezliklə həll olunması Avropada Şurasına üzv olan ölkələrdə demokratiyanın daha da sürətlə inkişaf etməsinə təkan verəcəyi qeyd etmişdir. Beynəlxalq ədalətin dünyanın bütün ölkələrində icbari xarakter daşımasının vacibliyi də çatdırıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Ülfət Hacıyev beynəlxalq qətnamələrə baxmayaraq Azərbaycan torpaqlarının iyirmi faizinin hələ də işğal altında olmasının, bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşməsinin Qafqaz regionunda demokratiyanın sürətli inkişafına başlıca maneələrdən biri olduğunu iştirakçıların diqqətinə çatdırmışdır.
Ülfət Hacıyev Nobel sülh mükafatçısı xanım Tavakkol Karmanla və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti cənab Jan Klod Minyonla görüşlərində Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək, münaqişənin həll olunmaması onu bir gənc kimi narahat etdiyini vurğulamışdır.

Bu xəbər oxucular tərəfindən 2068 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |