Şrift:
Əhmədinejad İranın Çinlə imzalayacağı 25 illik müqaviləni pisləyib
30.06.2020 [09:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, Çinin adını çəkmədən İran rəsmilərinin xarici ölkələrdən biri ilə 25 illik müqavilə imzalamalarının "millətin xeyrinə olmadığını" deyib.


Əhmədinejad danışıqların aparılmasının gizli saxlanmasını tənqid edərək, müqavilədə nəzərdə tutulan müddəaları "İran xalqının mənafeyinə zidd" kimi dəyərləndirib.


Gizli şəkildə, eləcə də İran millətinin istək və iradəsini nəzərə almadan, ölkə və millətin maraqlarına zidd olan xarici ölkələrlə imzalanmış heç bir müqavilə mötəbər deyil və İran xalqı onu rəsmi olaraq tanımayacaq", - deyə sabiq prezident əlavə edib.


Sözügedən müqaviləni 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşması ilə müqayisə edən Əhmədinejad bildirib ki, hətta deputatlar da həmin razılaşmanı təsdiqləyən zaman onun məzmunu barədə dəqiq məlumata sahib deyildilər.


Bu gün isə eşitmişəm ki, hazırda müzakirə aparırlar və xarici ölkələrdən biri ilə 25 illik müqavilə imzalamaq istəyirlər, amma heç kimin bundan xəbəri yoxdur. Məgər siz siz ölkənin sahibisiniz ki, xalqın xəbəri olmadan onun cibindən götürüb, digərlərinə bağışlayasınız?", - deyə Əhmədinejad fikrini tamamlayıb.


Qeyd etmək lazımdır ki, saxta yollarla seçilmiş Mahmud Əhmədinejadın prezidentliyi ilk günlərdən İranda vətəndaşların ciddi narazılığı ilə qarşılanmışdı. Qalmaqallı 8 illik prezidentlik dövründə İranda insan haqlarının kobud şəkildə pozulmasına göstərişlər verən Mahmud Əhmədinejad vəzifədən getdikdən sonra "İran xalqının" və "milli mənafenin müdafiəçisi" kimi çıxış etməyə çalışır.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed