Şrift:
İranda meşələri qəsdən yandırmaqda şübhəli bilinən 24 nəfər saxlanılıb
30.06.2020 [09:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan Boyer-Əhməd rayonunun icra hakimi Şahrux Kənari bildirib ki, həmin şəxslər əyalət ərazisində bir müddət əvvəl baş verən və böyük sahədə meşə təsərrüfatının kül olmasına səbəb olan yanğınları törətməkdə şübhəli bilinirlər.


Onun sözlərinə görə, cari ilin mart ayının sonlarından indiyədək əyalət ərazisinin meşə və tarlalarında 27 yanğın hadisəsi qeydə alınıb.


İcra başçısı bəzi yanğınların təbii olaraq baş verdiyini desə də, digərlərinin ya səhvən, ya da bilərəkdən insanlar tərəfindən törədildiyini qeyd edib.


"Söndürülməmiş siqaret kötüklərinin yerə atılması, havanın hərarətinin yüksək olması, şəxslər arasında baş verən münaqişələr nəticəsində qəsdən yanğın törətmək və digər bu kimi amillər əyalət ərazisində baş verən yanğınların əsas səbəblərindəndir", - deyə Şahrux Kənari fikrini tamamlayıb.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed