30.06.2020 [10:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Yeni şərtlər daxilində Qarabağ problemində uğurlara imza ata bilərik”
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç bir irəliləyiş müşahidə olunmur. Səbəb Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə olmasıdır. Bəllidir ki, hazırda dünyada yeni reallıqlar hökm sürür.
Pandemiya səbəbindən dünyadakı düzənin dəyişdiyini müşahidə edirik. Bir çox analitiklər hesab edirlər ki, postpandemiya dönəmi də fərqli düzən formalaşdıracaq və bir sıra problemlərin həlli ilə bağlı yeni yanaşma ortaya qoyula bilər. Eyni zamanda, Ermənistanın onsuz da bərbad olan vəziyyəti daha da ağırlaşıb. Belə təkliflər səslənir ki, Dağlıq Qarabağ münaqişəsinin istər diplomatik, istərsə də hərbi yolla həlli üçün çox uyğun vaxt yetişib. Bu qəbildən olan fikirləri nə dərəcədə əsaslı saymaq olar?
Mlilli Dirçəliş Hərəkatı Partiyasınən sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, böyük ehtimalla, bu mövzu ilə bağlı nəticələrə gəlib çıxacağıq:“Yadınızdadırsa, pandemiyadan uzun zaman əvvəl ABŞ prezidentinin BMT-də bir çıxışı oldu. Orda daha çox öz ölkəsinin sərhədləri daxilində ölkəsinin uğurlarını axtarmışdı, millətçiliyə çağrışlar etmişdi. Bir sözlə, qloballaşmadan imtina ilə bağlı şüarlar səslənmişdi. Sonrakı dönəmdə baş verənlərdən aydın sezilir ki, onlar baş vercək hadisələrlə bağlı müəyyən informasiyalara malik olublar. Birdən-birə hamı öz sərhədləri daxilinə qayıtmayacaq. Çünki dünyanın 150-yə qədər ölkəsində bazası olan ölkə bütün maraqlarını bir anda qurban verə bilməz. Rusiyanın özü ordusunda ciddi ixtisarlar barədə düşünür. Silahlanma yarışlarından açıq şəkildə imtina etmək məcburiyyətində qalıblar. Rusiya kimi ölkə belə addımlar atırsa və digər dövlətlər də başqa problemlərlə üz-üzə qalırsa, artıq həmin güclərin özləri barədə düşünəcəklərinə şübhə yoxdur. Ermənistan forpost ölkədir. Bundan sonra Rusiyanın onun bütün problemləri ilə məşğul olacağı inandırıcı görünmür. Artıq bunu etmək Rusiya üçün həm fiziki, həm də maddi cəhətdən mümkün olmayacaq. Belə olan təqdirdə bizim üçün də münbit şərait yaranacaq. Biz açıq şəkildə bilirik ki, problemlərimiz Ermənistanın gücü qarşısında yaranmayıb. İkinci bir tərəfdən, bundan sonra hər bir ölkənin özünün öz təhlükəsizliyinin qeydinə qalması zamanı yetişir. Bufer dövlətlər yaratmaq siyasəti öz effektini itirəcək. Artıq Ermənistan kimi dövlətlər başqalarına güvənib parazit həyat tərzi sürə bilməyəcək. Onlar, bununla yanaşı, həm də başqalarına güvənib bizi təhdid edirdi. Azərbaycan üçün yeni şərtlər ortaya çıxır. Belə vəziyyətdən istifadə etməyi bacarmalıyıq. Həm də yeni qonşuluq siyasəti meydana çıxır. Dünənə qədər Rusiyaya və ya Türkiyə-Rusiya münasibətlərinə baxışımız fərqli idisə, şərtlər tam dəyişib. Türkiyənin postpandemiya dönəmində daha ciddi güc olaraq ortaya çıxacağı gözlənilir. Bu amilin də bizə böyük xeyri var. Çünki Türkiyə siyasəti ilə Azərbaycan siyasətinin bir-birinə sıx bağlılığı var. Ən azından, bu amillərə görə Rusiyanın münaqişəyə münasibəti dəyişmiş olacaq. Biz bu detallardan lazımi şəkildə istifadə etsək, vəziyyətimiz dəyişə bilər. İndinin özündən buna başlamalıyıq. Rusiya tərəfdən əvvəlki basqılar gözlənilmir. Yeni şərtlər daxilində Qarabağ problemində uğurlara imza ata bilərik”.
Göründüyü kimi, dünyanın yeni düzəni bizə yeni imkanlar açmış ola bilər. Hər halda, bu reallıqları ciddi təhlil edib zəruri addımları atmalıyıq ki, taleyüklü problemimizin həlli ilə bağlı prosesi tezləşdirmiş olaq.
Məhəmmədəli QƏRİBLİ

Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |