30.06.2020 [14:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, iyunun 30-da jurnalistlərlə görüşündə xəstəliklə bağlı son statistikanı yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 10 min 817 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 227 min 662 nəfərə çatıb.
Sözçünün bildirdiyinə görə, ötən bir gün ərzində pandemiya xəstəliyindən sağalıb evə buraxılanların sayı da 188 min 758 nəfərə yüksəlib. Sadat Lari sonda qeyd edib ki, pandemiya yoluxucu xəstəliyinə yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicələrini davam etdirən 3049 nəfərin vəziyyəti ağırdır.
İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 10817 nəfərə, yoluxanların sayının isə 227662 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 63 000 nəfəri keçdiyini, 2 milyon 100 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |