Şrift:
Həmədanda maaşların artırılması tələbi ilə etiraz aksiyası olub
27.10.2012 [12:54] - Güney Azərbaycan xəbərləri
Həmədan vilayətinin rabitə şirkətinin işçiləri maaşlarının azaldılmasına etiraz ediblər.



Onlar bu il ikinci dəfə bu şirkətin mərkəzi binası qarşısında kütləvi etiraz aksiyası keçiriblər. İşçilər aylıq maaşlarının azaldılmasına etiraz ediblər.



Etirazçıların sözlərinə görə, son illərdə müxtəlif bəhanələrlə onların maaşları azaldılır və bu maaşla güzəranları təmin olmur.



Qeyd edək ki, son aylarda İran iqtisadiyyatının tənəzzülü ölkənin müxtəlif şəhərlərində oxşar etirazlara səbəb olub. İşçilər maaşların gecikməsi, azaldılması və işdən çıxarılması kimi problemlərdən əziyyət çəkirlər.
Bu xəbər oxucular tərəfindən 1052 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed